Bakı. Trend:
“Azərpoçt” MMC-nin adından dələduzluq halları davam edir.
Trend Elektron Təhlükəsizlik Xidmətinin məlumatına istinadlaxəbər verir ki, kiberdələduzlar vətəndaşlara mesajlar göndərərəkünvan məlumatlarının düzgün olmaması səbəbindən paketinçatdırılmadığını qeyd edirlər. Digər tərəfdən 24 saat ərzindəmesajdakı keçidə daxil olaraq, linkdəki zip kodu və ünvanməlumatlarını təsdiq etmək tələb olunur.
Qeyd edək ki, keçidlərdə vətəndaşların bank kartı və digər fərdiməlumatlarını ələ keçirmək üçün xüsusi bölmələr yaradılıb.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdəndaxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bankkartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmiməlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyəedir.