AZ

Rəsmi Tehran Suriyanın yeni rejimi ilə danışıqlar aparır

İran hakimiyyəti Suriya tərəfi ilə İranın Dəməşq və Suriyanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpası ilə bağlı danışıqlar aparır.

Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, bunu administrasiyanın sözçüsü Fatime Mohacerani bildirib.

O həm Suriyanın özünün, həm də qonşu dövlətlərin təhlükəsizliyini təmin etmək üçün Suriyada “terrorizmin böyüməsi və inkişafının” qarşısının alınmasının vacibliyini vurğulayıb.

Mohaceraninin sözlərinə görə, İran hələ də “xalqın iradəsi əsasında Suriya hökumətinin qurulması və Suriyanın ərazi bütövlüyünün qorunmasının zəruriliyində” israr edir.


Telegram kanalımız
Seçilən
7
yenisabah.az

1Mənbələr