Ermənistan parlamentinin sədr müavini və Türkiyə ilə danışıqlardan məsul Ruben Rubinyan Baş nazir Nikol Paşinyana Türkiyə ilə qarşılıqlı səfirliklərin açılması və diplomatik münasibətlərin bərpası barədə prinsipial razılıq əldə olunduğunu bildirib.
Sitat.info xəbər verir ki, bunu “Yerevanskiy nablyudatel” Teleqram kanalı yazıb.
Kanalın iddiasına görə, razılaşma Azərbaycanla sülh sazişinin imzalanmasından asılı olmayaraq həyata keçirilə bilər:
“Prosesin 2024-cü ilin yanvarında başlanacağı gözlənilir. Məlumatda qeyd edilir ki, 2015-ci ildə Ermənistan prezidenti tərəfindən geri çağırılmış protokollar Milli Məclisə yenidən ratifikasiya üçün təqdim olunacaq.
Söhbət 2009-cu il oktyabrın 10-da Sürixdə imzalanmış “Ermənistan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulması haqqında” və “Ermənistan Respublikası ilə Türkiyə Respublikası arasında münasibətlərin inkişafı haqqında” protokollardan gedir. Bu sənədlər daha sonra Türkiyə tərəfindən dayandırılmışdı”.