AZ

Xameneidən təhlükəli çağırış: İki şərt qoyuldu, təxribat ola bilər

Suriyada Bəşər Əsəd rejiminin devrilməsi Yaxın Şərqdəki geosiyasi oyunları əsaslı surətdə dəyişdi.
Bəzi ekspertlərin fikrincə, nəticədə Rusiya ilə yanaşı İran da regionda məğlub oldu və ciddi şəkildə nüfuz itirdi. Lakin Tehran rəsmilərinin son açıqlamalarında Dəməşqdəki yeni hökumətlə əlaqələr qurmağı hədəflədiyini deməsi xüsusi diqqət çəkib. İranın hökumət sözçüsü ölkənin Suriyadakı səfirliyinin yenidən açılması üçün danışıqların aparıldığını bildirib. İran Suriyadan asanlıqla çəkiləcəkmi? Tehranın Yaxın Şərqlə bağlı yeni planları var? BUTA.TV xəbər verir ki, siyasi şərhçi Asif NərimanlıGlobalinfo.az-a açaıqlamasında Tehranın Suriyadan tamamilə çıxması, “müqavimət oxu”ndan imtina etməsinin bu strategiyanın uğursuzluğunu qəbullanması demək olduğunu bildirib: “O baxımdan, Tehran hökumətinin asanlıqla bu ölkədən çıxmayacağı, əksinə mövqelərini minimum səviyyədə olsa belə qorumağa çalışacağı və müqaviməti davam etdirəcəyi gözləniləndir. İranın ali dini lideri Ayətullah Xameneinin sonuncu çıxışında Suriya xalqını üsyançılara qarşı mübarizəyə səsləməsi də bunu təsdiqləyir”. Ekspertin sözlərinə görə, Tehran bu ölkədə mövqelərini saxlamaq üçün bir-birinə bağlı iki istiqamətdə hərəkət edəcək: “Birincisi, məzhəb müstəvisində görüləcək tədbirlərdir. Bu məsələni daim aktual saxlamaq, həm də Suriyanın yeni rəhbərliyi ilə anlaşmaqda kart kimi istifadə etmək üçün məzhəb ayrı-seçkiliyi daha da qızışdırıla bilər. Artıq Suriyada İrana bağlı şiə liderlərindən bu kontekstdə bəyanatlar eşidilir. İkincisi, İran indiyə qədər Əsəd rejimi ətrafında cəmləşdirdiyi silahlı birləşmələrinin tərki-silah edilməməsi və “yer altına” çəkilsələr belə, dağılmamasına çalışacaq.

Tehran hələ də gözləmə mövqeyindədir. Suriyanın yeni rəhbərliyindən əsas istəyi isə idarəçilikdə ona bağlı qrupların da mövqeyinin nəzərə alınması, eləcə də “Hizbullah”la quru əlaqəsinin müəyyən qədər də olsa saxlanılmasıdır. Bu məqsədlərinə nail olmasa, onların qəbul edilməsi üçün müxtəlif təxribatlara əl ata bilər”.

Seçilən
2
3
buta.tv

4Mənbələr