Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər müəyyənləşdiriləcək.
Hurriyyet.az xəbər verir ki, bu Prezident İlham Əliyevin “Uşaq hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Qanunun tətbiqi barədə Fərmanında əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti 2 ay müddətində dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələbləri müəyyən edib Azərbaycan Prezidentinə məlumat verməlidir.