AZ

Cənubi Koreyada əhalinin yeni kateqoriyası yarandı

Cənubi Koreyada əhalinin yeni kateqoriyası formalaşıb.

 

Sfera.az bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.  

 

Bildirilib ki, ölkə əhalisinin 20 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.

 

Cənubi Koreya Daxili İşlər Nazirliyinin açıqlamasına görə, onların sayı 10,24 milyon nəfərə çatıb. 51,22 milyonluq əhalinin 20 faizini yaşlılar təşkil etdiyi üçün isə Cənubi Koreyada “super yaşlılar cəmiyyəti” kateqoriyası yaranıb. 

 

Qurum sözügedən əhaliyə yönəlmiş nazirliyin yaradılması ilə tədbirlərin görülməsinə “təcili ehtiyac” olduğunu bildirib.

 

Qeyd olunub ki, 2008-ci ildə 4,94 milyon nəfər olan ölkədə yaşlı əhalinin sayı 2019-cu ildə ölkə əhalisinin 15 faizini ötüb: “Bu ilin əvvəlinə ahılların sayı əhalinin 19,05 faizinə çatıb. 2017-ci ildə Cənubi Koreyada 65 və yuxarı yaşda olan insanlar əhalinin 14 faizini təşkil edib”.

 

Xatırladaq ki, 2023-cü ildə Cənubi Koreyada sosial-iqtisadi səbəblərə görə doğum nisbəti də azalıb.

 

Türkan
 

Seçilən
32
sfera.az

1Mənbələr