AZ

Nazirlər Kabineti gömrük rüsumları üzrə güzəştlər və azadolmaları təsnifləşdirəcək

Gömrük rüsumları üzrə güzəştlərin və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin aparılması məqsədilə gömrük rüsumları üzrə güzəştlər və azadolmalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan qurum) tərəfindən müəyyən edilmiş qaydada təsnifləşdiriləcək.


APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Gömrük tarifi haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanun tətbiqi ölkəmizin investisiya mühitinin təkmilləşdirilməsinə, iqtisadiyyatın ayrı-ayrı sahələrinin davamlı inkişafının stimullaşdırılmasına, iqtisadiyyatın ayrı-ayrı sahələrinə cəlb olunmuş özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların həcminin artırılmasına öz töhfəsini verəcək.

Seçilən
1
16
apa.az

10Mənbələr