AZ

Baş məşqçisiz qaldı - İspaniyanın məşhur klubu

“Valensiya” baş məşqçisi Ruben Baraxa ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

49 yaşlı mütəxəssis komandanın uğursuz çıxışlarına görə vəzifəsindən kənarlaşdırılıb.

“Yarasalar” cari mövsüm onun rəhbərliyi altında La Liqada 17 oyuna 12 xal toplayaraq, 19-cu sırada yer alıblar.

Baraxa futbolçu kimi 2000-2010-cu illərdə “Valensiya”da çıxış edib və iki dəfə İspaniya çempionu olub.

Seçilən
11
sportinfo.az

1Mənbələr