AZ

"Yuventus" İngiltərə nəhənginin müdafiəçisinə elçi düşdü

"Yuventus"unun rəhbərliyi qış "transfer pəncərəsi"ndə fransız müdafiəçi Aksel Disasinin keçidi ilə bağlı "Çelsi" ilə razılığa gəlməyə çalışır. 

Fanat.Az xəbər verir ki, məlumatı "Football Italia" yayıb. 

Mənbənin məlumatına görə, Turin klubu bu mövsüm "Çelsi"nin əsas oyunçusu olmayan 26 yaşlı fransız futbolçunu icarəyə götürmək istəyir. "Qoca sinyora" uzun müddət yaşıl meydanlardan kənarda qalan Kabal və Bremerin zədələri səbəbindən müdafiədə yaşadığı problemi məhz Disasinin sayəsində aradan qaldırmağa çalışır. Disasi özü də klubunu dəyişməyin əleyhinə deyil. 

Xatırladaq ki, Aksel Disasi bu mövsüm İngiltərə çempionatında “zadəganlar”ın heyətində cəmi 4 oyun keçirib və 1 qol vurub, bir sarı vərəqə alıb.

"Çelsi" Aksel Disasini ötən ilin yayında "Monako"dan transfer edib.
 
Mirağa

Seçilən
4
fanat.az

1Mənbələr