AZ

Türkiyə Suriya ilə saziş imzalamağı planlaşdırır

Türkiyə gələcəkdə Şərqi Aralıq dənizində Ankaranın maraqlarını qorumaq üçün Suriya ilə dəniz sərhədlərinin demarkasiyası haqqında saziş imzalamağı planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu jurnalistlərə bildirib.

"Yəqin ki, gələcəkdə dəniz sərhədləri haqqında saziş imzalanacaq və Şərqi Aralıq dənizində maraqlarımız qorunacaq. Belə bir saziş həm Suriyanın həmin regiondakı səlahiyyətlərini, həm də bizim fəaliyyət sahəmizi genişləndirərdi. Onun köməyi ilə biz beynəlxalq hüququ da nəzərə alaraq bu regionda karbohidrogen kəşfiyyatı üzrə hüquqlarımızı bölə bilərdik. Əlbəttə, orada Livan və İsrail də fəaliyyət göstərir və biz bunu nəzərə alırıq. Lakin Suriya bizim ən yaxın qonşumuzdur və biz onunla bu regionda aydın nəzarət sisteminin olmasını istəyirik", - A.Uraloğlu söyləyib.

Nazir qeyd edib ki, sazişin hazırlanması mərhələsinə keçməzdən əvvəl Suriyada daimi hökumətin formalaşmasını gözləmək lazımdır. Onun sözlərinə görə, dəniz sərhədlərinin demarkasiyası məsələsi ilə məşğul olmaq hələ tezdir.

İki dövlət arasında hava əlaqəsi məsələsinə toxunan A.Uraloğlu vurğulayıb ki, Ankara Suriyanın beş hava limanından ikisinin fəaliyyətinin təşkilinə kömək etməyi planlaşdırır.

"Bu, Dəməşq və Hələb hava limanlarıdır. Biz vəziyyəti qiymətləndirmək üçün oraya ekspertlərdən ibarət qruplar göndərdik. Orada hətta radar sistemi də yoxdur, 1990-cı illərdən qalma köhnə kompüterlər istifadə olunur. Normal rentgen skanerləri, digər nəzarət sistemləri yoxdur. Uçuş-enmə zolaqları çox köhnədir", - nazir deyib.

A.Uraloğlu əlavə edib ki, birinci mərhələdə Türkiyə hökuməti Dəməşq hava limanının bərpasına kömək etməyi planlaşdırır. Bunun üçün müvafiq planlar və yol xəritələri hazırlanır.

Seçilən
2
3
bakivaxti.az

4Mənbələr