AZ

Fransada kişi məmurla əllə görüşməyən hicablı qadın polisə ifadə verib

Fransada kişi məmurla əllə görüşməyən hicablı qadın polisə ifadə verib

Fransada hicablı müsəlman qadının kişi məmurla əl sıxmaq istəmədiyi üçün polis idarəsində ifadə verdiyi bildirilib.İslamofobiyaya Qarşı Avropa Birliyinin (CCIE) X hesabında verilən açıqlamaya görə, bir müsəlman qadın kişi məmurla əl sıxmaq istəmədiyi üçün polis bölməsinə sorğu-sual edilmək üçün çağırılıb.Polis bölməsinə gedən qadın "Müsəlmanam, hicablıyam, əl sıxmaq istəmədiyim bir məmur məni polisə şikayət edib. Məni gülünc ifadə verməyə çağırıblar" deyib.Müsəlman qadın polis idarəsində bir saat ərzində ona "Fransanın pisliyini istəyirsən? Fələstindəki müharibə haqqında nə düşünürsən? Sələfilik haqqında nə düşünürsən? Musiqi dinləyirsən? Xaricə köçməyi düşünürsən? Məscidə gedirsən? suallarının verildiyini bildirib.Polisin onun keçmiş iş yerində axtarış apardığını, ailəsi və ətrafı ilə bağlı konkret suallar verdiyini bildirən müsəlman qadın bir məmurla əllə görüşməməyin qanun pozuntusu olmadığını vurğulayıb.

Seçilən
13
afn.az

1Mənbələr