Sabah Bakının Nəsimi rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Musavat.com Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, Nəsimi rayonunun Abbas Səhhət küçəsində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar dekabrın 25-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə A.Səhhət, C.Məmmədquluzadə, N.Vəzirov, H.Ələsgərova küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.