1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər Təl-Əviv yaxınlığındakı hərbi obyektə raket zərbəsi endiriblər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu qiyamçıların nümayəndəsi Yəhya Səriya husilərə məxsus "Əl Məsirə" telekanalının efirində bildirib.
Daha əvvəl İsrail ordusu Yəməndən atılan raketin ölkənin hava məkanına daxil olmadan əvvəl tutulduğunu qeyd edib. Təl-Əvivdə hava hücumu xəbərdarlığının elan edilməsindən sonra 20-yə yaxın sakin yaralanıb. Onlar sığınacaqlara qaçarkən xəsarət alıblar.