“Yaşıl dünya naminə həmrəylik ili”ndə ağacəkmə aksiyaları davam edir
AzVision.az xəbər verir ki, hər iki qurumun nümayəndələrinin və könüllülərin iştirakı ilə Bakının Xocasən qəsəbəsində keçirilən aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə aksiyasının keçirilməsində məqsəd yaşıllıq sahələrinin artırılmasını təşviq etmək, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.