Azərbaycan Françayzinq Assosiasiyası ölkə başçısı cənab İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

Aqat Təbii Daşlar
Aqat Təbii Daşlar
Aqat Təbii Daşlar

Hörmətli İlham Heydər oğlu Əliyev!

Azərbaycan Françayzinq Assosiasiyası adından Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirik! Azərbaycanın inkişafı, ərazi bütövlüyümüzün bərpası və xalqımızın rifahı naminə gördüyünüz böyük işlər hər birimiz üçün qürur mənbəyidir.

Sizin uzaqgörən siyasətiniz, əzmkarlığınız və qətiyyətiniz sayəsində Azərbaycan regionda və dünyada nüfuzlu bir ölkəyə çevrilib. Qarabağın işğaldan azad olunması ilə xalqımızın tarixi ədalətə qovuşması, ölkəmizin yeni dövrə qədəm qoyması Sizin liderliyinizin əvəzolunmaz töhfəsidir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik. Qoy hər zaman xalqımızın sevgisi və dəstəyi Sizinlə olsun!

ETX
AzeriQaz
ETX
AzeriQaz
ETX
AzeriQaz