AZ

"Tik Tok"da partlayıcı maddələr düzəldən 21 yaşlı gənc belə saxlanıldı VİDEO

Sosial platformalarda insan həyatını riskə atan videolar yayımlayan şəxs cəzalandırılıb.

Bu barədə “Xəzər Xəbər”ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, saxlanılan şəxs Bərdə sakini, 21 yaşlı Xanlar Ziyadovdur. Keçirilən tədbirlərlə onun yaşadığı ünvana baxış zamanı partlayıcı maddənin hazırlanması üçün vasitələr və partlayıcını istifadə etdiyi barədə "TikTok" sosial şəbəkəsində yayımladığı görüntü aşkarlanaraq maddi sübut kimi götürülüb.

Vətəndaşlara bildirilir ki, bu təhlükəli trend faciəyə yol aça bilər.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Xanlar Ziyadov həbs edilib. Araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
11
2
xezerxeber.az

3Mənbələr