AZ

22 ildə ilk dəfə fərqli ad günü keçirdi - Pozitiv Psixologiya Mərkəzində özəl gün

Elə insanlar var ki, onlar gördükləri işə təkcə peşə  borcu kimi yanaşmırlar. Onlara üz tutan, kömək istəyən kəslərə təmənnasız əl tutur, dəstək olurlar. 2 ay bundan öncə autizm spektrlı 22 yaşlı gənc Pozitiv Psixologiya Mərkəzinə xeyriyyəçi Hacı Nuran Hüseynov tərəfindən yönləndirildi.

Pasiyent psixoloji testdən keçdi, dərslər təyin olundu. Bu da nəticə... Qısa müddət ərzində kollektivə öyrəşən bu gənc artıq ünsiyyətə can atır, öz istəklərini açıq deməyi bacarır. Anası ilə birgə yaşayan Eldarın heç vaxt, təntənəli şəraitdə ad günü keçirtmədiyini öyrənən kollektiv bu günü onun üçün yaddaqalan etməyə çalışdılar.

Mərkəzin rəhbərliyi tərəfindən qonaqlar dəvət edildi, masa açıldı. Oğlunun səhhətindəki irəliləyişi görən ananın sevinci hədsiz idi. Onun üçün belə yaddaqalan ad günü sürprizi edən kollektivə öz ürək sözlərini söylədi, Eldara ən son model ayaqqabı hədiyyə edən Danilov brendinin sahibinə isə minnətdarlığinı bildirdi. Beləcə, bir könül xoş oldu. Bir gəncin arzuları gerçəkləşdi. Bunun səbəbkarı isə Pozitiv Psixologiya Mərkəzinin rəhbərliyi idi.

Yeri gəlmişkən qeyd edək ki, qısa zamanda ölkəmizdə 4 filialı açılan Pozitiv Psixologiya Mərkəzi həyatımızın hər anında bizə yardım edə biləcək bir mərkəzdir.

Sağlam gələcək bizimlə gələcək!

 

-Bakı

Bakı şəhəri, Azadlıq prospekti 195B

-Sumqayıt

Sumqayıt şəhəri, 5-ci mkr, C.Cabbarlı 89

-Quba

Quba şəhəri, Heydər Əliyev prospekti, (İlqaroğlu biznes center)

-Gəncə

Gəncə şəhəri, Atatürk pr döngə 2 (Mərkəzi Univermağın arxa tərəfi, keçmiş Menar bağçası)









Seçilən
14
1
qafqazinfo.az

2Mənbələr