Türkiyənin “Hatayspor” klubu baş məşqçisi Rıza Çalımbay ilə yollarını ayırıb.
QOL.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Təcrübəli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Rıza Çalımbay bu ilin sentyabr ayında "Hatayspor"a baş məşqçi təyin edilmişdi.
Qeyd edək ki, 9 xalı olan Hatay təmsilçisi turnir cədvəlinin 18-ci pilləsindədir.