AZ

Badamdar qəsəbəsində günlərdir tullantılar daşınmadığına görə antisanitar vəziyyət hökm sürür VİDEO

Paytaxtın Səbail rayonu Badamdar qəsəbəsinin bir qrup sakini binalarının önündə zibildən yaranan vəziyyətdən şikayətçidirlər.

Xezerxeber.az-ın xəbərinə görə, sakinlər deyirlər ki, bir həftəyə yaxındır ki, tullantılar daşınmadığından ortaya bu mənzərə çıxıb.

Söhbət Səbayıl rayonu Badamdar qəsəbəsi İqor Ağayev 3 ünvanından gedir. Ətrafda yaşayanlar deyirlər ki, ərazidə tullantıların həcmi günü gündən daha da artır.

Sakinlərinə sözlərinə görə, hər ay zibilpulu ödəsələr də, xidmətdən yararlana bilmirlər.

Şikayətçilər deyirlər ki, problemlə bağlı aidiyyəti üzrə müraciət etsələr də, vəziyyət dəyişməz olaraq qalıb.

Məsələ ilə bağlı Səbail Rayon Mənzil-Komunal Təsərrüfatı Birliyindən bildirildi ki, həmin ünvanda yerləşən bina Müdafiə Nazirliyinin balansındadır. Tullantıların daşınmamasına səbəb isə "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti ilə müqavilənin bitməsidir. Müqavilə yeniləndiyi təqdirdə, zibillərin daşınması həyata keçiriləcək.

Günün sonunda Müdafiə Nazirliyindən "Xəzər Xəbər" bildirildi ki, artıq məsələ öz həllini tapıb. Tullantılar ərazidən tam olaraq təmizlənib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
10
xezerxeber.az

1Mənbələr