AZ

Bayraktarın heyəti Şama gedir

Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin nümayəndə heyəti Dəməşqə gedir.

Demokrat.az
xəbər verir ki, onlar Dəməşqə Suriyaya Türkiyənin göstərəcəyi enerji dəstəyini müzakirə etmək üçün gedirlər.

Energetika naziri Alparslan Bayraktar bazar ertəsi axşam verdiyi açıqlamada bu səfərin Suriyadakı elektrik çatışmazlığını aradan qaldırmaq məqsədi daşıdığını bildirib.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin Suriyanın yenidən qurulması üçün lazım olan bütün addımları atacağını deyib.

Türkiyə nümayəndə heyəti Suriyanın yeni hökuməti ilə enerji əməkdaşlığı və Türkiyənin bu istiqamətdə göstərə biləcəyi mümkün yardımları müzakirə edəcək.

Türkiyə 2016-cı ildən bəri dörd hərbi əməliyyata başladığı Şimali Suriyanın bəzi hissələrini artıq elektrik enerjisi ilə təmin edir.



Əfsanə Kamal
Demokrat.az

Seçilən
9
1
demokrat.az

2Mənbələr