Rusiya prezidenti Vladimir Putin Tacikistan lideri Emoməli Rəhmonla danışıqlar aparır.
İki ölkə başçısının siyasi, ticarət-iqtisadi, hərbi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlığın əsas istiqamətlərini müzakirə etdiyi bildirilir.
Görüş zamanı regional problemlərə, o cümlədən Əfqanıstandakı vəziyyətə xüsusi diqqət yetiriləcək.