AZ

Deputat: "Prezidentin imzaladığı sərəncam insan amilinə dövlət qayğısının təzahürüdür"

"Vətəndaşların rifahının yüksəldilməsi hər bir ölkənin əsas prioritetlərindən biridir".

Bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

O bildirib ki, sosial-iqtisadi tədbirlər dövlətin insan kapitalının inkişafına, sosial ədalətin təmin edilməsinə və cəmiyyətin davamlı inkişafına yönəlik siyasətinin ən vacib tərkib hissəsidir:

"Bu tədbirlər həm iqtisadiyyatın dayanıqlığını artırmaq, həm də əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq məqsədini daşıyır. Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və sosial sahədə ildən-ilə geniş miqyas alan islahatlar, rifah halının yaxşılaşdırılması üçün atılan mühüm addımlar bunu bir daha təsdiq edir". 

Millət vəkili vurğulayıb ki, Prezidentin ötən gün imzaladığı Sərəncam bir daha insan amilinə dövlət qayğısının təzahürüdür:

"Belə ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişikliyə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman onlara birdəfəlik müavinət ödənilməsi müəyyən edilmişdir. 

Habelə "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, monimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Həmçinin, həmin sərəncama əsasən Nazirlər Kabineti əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir. Bu isə hazırkı minimum əmək pensiyası məbləğinin 14%-dən çox artımı deməkdir". 

Jalə Əliyeva qeyd edib ki, vətəndaşların rifahının yüksəldilməsi dövlətin əsas vəzifələrindən biri olmaqla yanaşı, cəmiyyətin gələcək inkişafını təmin edən mühüm bir strateji məqsəddir:

"Sosial-iqtisadi tədbirlərin uğurla həyata keçirilməsi həm ölkənin iqtisadi sabitliyinə, həm də vətəndaşların xoşbəxtliyinə xidmət edir. Bu siyasətin davamlı və məqsədyönlü olması isə gələcək nəsillər üçün daha firavan bir cəmiyyətin əsasını qoyur. Cənab Prezidentin dünən imzaladığı sərəncam bir daha insan amilinə dövlət qayğısının təzahürüdür".

"Cebheinfo.az"

Seçilən
6
cebheinfo.az

1Mənbələr