AZ

Azərbaycanda bu komandaya texniki məğlubiyyət veriləcək

Bu gün I Liqada ilin son oyunları keçirilib.

11-ci turun «Difai» - MOİK qarşılaşması qonaqların qələbəsi ilə başa çatıb - 0:1.

«Fədailər» bu matça görə AFFA-dan 0:3 hesablı texniki məğlubiyyət alacaq. Səbəb adı görüşün iştirak ərizəsinə salınmayan futbolçunun meydana çıxmasıdır.

Belə ki, komanda 90+3-cü dəqiqədə Tahir Zeynalovun xidmətindən istifadə edib.

Bu məsələyə yaxın günlərdə AFFA-nın İntizam Komitəsində baxılacaq.
Seçilən
0
3
sherg.az

4Mənbələr