Belarus rəhbəri Aleksandr Lukaşenko 2010-cu ildə ölkəsində “Maydan”a Kiyevdən əmr verildiyini bildirib.
Onun sözləri BELTA -ya istinadən xəbər verir.
Dövlət başçısı həmçinin bildirib ki, 2010-cu il prezident seçkiləri zamanı bəzi namizədlər əhaliyə rüşvət verib.
Bundan əvvəl Lukaşenko ölkədə 2020-ci ildə etirazlar təkrarlanarsa, interneti bağlayacağına söz vermişdi .
O, həmçinin ölkədə vəziyyəti “qarışdırmaq” istəyən rəqiblərə küçələrə çıxmaqdansa, “gəlib prezident seçkilərində mübarizə aparmağı” tövsiyə edib.
DOĞRU.AZ