Litva hökuməti Seymə Rusiya və Belarus vətəndaşlarına tətbiq edilən milli sanksiyaların daha bir il müddətinə uzadılmasını təklif edib.
Qaziler.az bildirir ki, bu barədə LRT xəbər verir.
Litva Xarici İşlər Nazirliyi iki ildir qüvvədə olan məhdudlaşdırıcı tədbirlərin müddətini daha bir il - 2026-cı il mayın 2-dək uzatmaq istəyir. İndi qanun yuxarıda göstərilən sanksiyaların 2025-ci il mayın 2-dək tətbiq olunmasını nəzərdə tutur.
İdarə qeyd edib ki, Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya qarşı başlatdığı müharibə hələ də davam edir, ona görə də məhdudiyyətlərin qəbul edilməsinin səbəbləri aradan qalxmayıb.
QAZİLER.AZ