Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə amerikalı həmkarı Lloyd Ostin arasında telefon danışığı olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.
Tərəflər Suriyadakı mövcud vəziyyət barədə danışıblar.
Onlar, həmçinin ikitərəfli müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər.