İcarə əsasında “Betis”də çıxış edən “Barselona”ın futbolçusu Vitor Roke “Tottenhem”in maraq dairəsinə düşüb.
Futbolpress.az xəbər verir ki, London klubu 19 yaşlı braziliyalının İspaniyanın “Betis”indəki uğurlarını fəal şəkildə izləyir.
Xatırladaq ki, “Betis” Rokeni bu il avqustun sonunda “Barselona”dan icarəyə götürmüşdü. Bu müddət ərzində o, bütün turnirlərdə 23 matçda iştirak edib, altı qol vurub və iki məhsuldar ötürmə edib.