AZ

Ən böyük Amerika aviaşirkəti ABŞ-a bütün uçuşları dayandırdı

American Airlines Milad bayramı öncəsi texniki nasazlıq yaşadı.

QHT.az xəbər verir ki, Amerikanın ən böyük aviaşirkəti American Airlines ABŞ-a bütün uçuşları dayandırıb. Bu barədə şirkət X sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunur ki, uçuşların təxirə salınması “texniki nasazlıq səbəbindən” baş verib. Daşıyıcı dəqiq nə baş verdiyini açıqlamayıb.

"Hazırda American Airlines-ın bütün uçuşlarında texniki problem yaşayırıq. Təhlükəsizliyiniz bizim əsas prioritetimizdir. Problem həll edildikdən sonra sizi təhlükəsiz şəkildə təyinat yerinə çatdıracağıq", - mesajda deyilir.

Qəza Milad bayramı ərəfəsində, çoxlu sərnişinlərin ABŞ-a uçduğu vaxt baş verib. American Airlines sonuncu dəfə iyul ayında qlobal Windows-un kəsilməsi zamanı uçuşları dayandırmışdı.

 

R.İmanov

Seçilən
17
qht.az

1Mənbələr