AZ

ABŞ kreyseri ölkənin Hərbi Hava Qüvvələrinin iki qırıcısına atəş açıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Hərbi Dəniz Qüvvələrinin “Gettisburg” kreyseri gecə ərzində ABŞ qırıcılarına iki dəfə atəş açıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Pentaqondakı mənbələrə istinadən “Fox News” telekanalı məlumat yayıb.

Hadisələr bazar günü, dekabrın 22-nə keçən gecə Yəmən bölgəsində “Harry S. Truman” aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupunun yerləşdiyi ərazidə baş verib. Kreyserin zenit silahları əvvəlcə F/A-18 qırıcı-bombardmançını, sonra isə daha bir neçə təyyarəni hədəfə alıb.

F/A-18-nın iki pilotu katapult vasitəsilə xilas olublar. “Dost atəşinə” məruz qalan başqa bir təyyarə zərbədən yayına bilib – zenit raketi təyyarədən cəmi 30 metr aralı keçib.

ABŞ qırıcılarının Amerika kreyseri tərəfindən atəşə tutulmasının səbəbi hələ məlum deyil.

Bundan əvvəl üsyançı “Ənsar Allah” hərəkatından olan Yəmən husiləri ABŞ-nin “USS Harry S. Truman” təyyarədaşıyan qrupuna hücumlar həyata keçirdiklərini bildiriblər.

Seçilən
18
2
nocomment.az

3Mənbələr