Azersun Holding

Hüquqşünas

Son tarix 24 yan 2025 – Müraciət et

Müəssisə: Al Market MMC

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 1 il  iş təcrübəsi;
  • Kompüter bacarıqları Microsoft Office (Excel, Word) – Yaxşı;
  • Dil bilikləri: Azərbaycan dili – Əla;

Vəzifə öhdəlikləri:

  • Azərbaycan Respublikasının bütün bələdiyyələr və yerli icra qurumlarında Al Market” MMC adından nümayəndə qismində təmsil edir və qanunla nəzərdə tutulan bütün prosessual hərəkətləri edir;
  • Məhkəmə instansiyalarında Al Market” MMC adından nümayəndə qismində təmsil edir və qanunla nəzərdə tutulan bütün prosessual hərəkətləri edir;
  • Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Al Market” MMC adından nümayəndə qismində təmsil edir və qanunla nəzərdə tutulan bütün prosessual hərəkətləri edir;
  • Azərbaycan Respublikası Prokurorluğunda Al Market” MMC adından nümayəndə qismində təmsil edir və qanunla nəzərdə tutulan bütün prosessual hərəkətləri edir;
  • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və nazirliyin nəzdində fəaliyyət göstərən qurumlarında Al Market” MMC adından nümayəndə qismində təmsil edir və qanunla nəzərdə tutulan bütün prosessual hərəkətləri edir;
  • Mediasiya prosesində iştirak edir, mediasiya prosesinin tətbiqi barədə təklifin imzalanması, tam mediasiya sesiyasının keçirilməsi haqqında müqavilənin imzalanması, mediasiya prosesinin nəticəsində tərtib edilmiş barışıq sazişinin imzalanması səlahiyyətlərini “Al Market” MMC adından nümayəndə qismində təmsil edir və qanunla nəzərdə tutulan bütün prosessual hərəkətləri edir;
  • Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 74.2-ci maddəsində nəzərdə tutulan aşağıdakı səlahiyyətləri edir:
  • İddia ərizəsinin imzalanması,
  • İddia tələblərindən tam və ya qismən imtina edilməsi,
  • İddianın etiraf edilməsi,
  • İddianın predmetinin və ya əsasının dəyişdirilməsi,
  • Barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması,
  • Məhkəmə aktından şikayət verilməsi,
  • Məhkəmə aktının məcburi icrası tələbləri,
  • Qət olunmuş əmlakın və ya pul məbləğinin alınması;
  • Müqavilələrin hüquqi cəhətdən uyğunluğunu yoxlayır;
  • Yeni müqavilələr tərtib edir və hüquqi rəy verir;
  • Rəhbərliyin və üst amirin verdiyi tapşırıqları yerinə yetirir;
  • İcrası qurtarmış məhkəmə işlərinə aid sənədlərin arxivlənməsi aparır;
  • MMC-yə daxil olan bütün strukturlar üçün müqavilələrin hüquqi uyğunluğunu yoxlayır;
  • Hüquqi məsələlərin müzakirəsi üçün digər şirkətlərin nümayəndələri ilə görüşür;
  • MMC-yə daxil olan müəssisə və təşkilatlarda hüquqi işlərə metodiki hüquqi yardım göstərir, iddiaların qəbul edilməsində, əsaslandırılmış cavabların hazırlanmasında iştirak edir;
  • MMC-də təsərrüfat, maliyyə və əmək intizamının möhkəmləndirilməsi, mülkiyyətin mühafizəsinin təmin edilməsi, israf və mənimsənilmə ilə mübarizə üzrə tədbirlərin işlənib hazırlanmasında və yerinə yetirilməsində iştirak edir;
  • MMC-yə qarşı məhkəmələrə təqdim edilmiş iddia ərizələrinə və apellyasiya şikayətlərinə  əsaslandırılmış etirazlar hazırlayır;
  • Müəyyən edilmiş qaydaya uyğun olaraq işçilərin inzibati və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədlərin rəsmləşdirilməsi;
  • Müəssisə, idarə və təşkilatların fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində, idarə və təşkilatların işçilərinə cari qanunvericilik haqqında məsləhətlər, habelə təşkilati-hüquqi məsələlərə rəylər verir.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir.

İş yeri: 

  • Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Hüquqşünas Al Market” qeyd etməyiniz xahiş olunur.