AZ

Suriya XİN İrana xəbərdarlıq etdi

Suriya Xarici İşlər Naziri Əsəd əl-Şeybani çərşənbə axşamı günü İranı Suriyada qeyri-sabitlik yarada biləcək hərəkətləri ilə bağlı xəbərdar edib və son açıqlamalara görə Tehranın məsuliyyət daşıdığını bildirib.

Milli.Az xəbər verir ki, "İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir. Biz onları Suriyada xaos yaymaqdan çəkinməyə çağırırıq və onların son bəyanatlarının nəticələrinə görə məsuliyyət daşıyacağını vurğulayırıq," - Şeybani "X" sosial media platformasında yazıb.

Şeybaninin bu açıqlamaları İranın Ali Lideri Əli Xameneinin bazar günü etdiyi bəyanata cavab olaraq verilib. Xamenei bildirib ki, Suriya gənclərinin "itiriləsi bir şeyləri qalmayıb" çünki "bütün həyatları təhlükəsizlikdən məhrumdur." O, gəncləri "bu xaosu planlaşdıran və həyata keçirənlərə qarşı möhkəm və qətiyyətli durmağa" çağırıb.

Şənbə günü müvəqqəti Suriya hökuməti Əsəd Həsən əl-Şeybanini xarici işlər naziri təyin etdiyini elan edib. Bu təyinat hökumətin Baş Komandanlığı tərəfindən təsdiqlənib.

Şeybani əvvəllər İdlibin şimal-qərb vilayətində mülki idarənin siyasi işlər üzrə rəhbəri vəzifəsində çalışıb.

25 il Suriyaya rəhbərlik edən Bəşər Əsəd, anti-rejim qruplarının 8 dekabr tarixində Dəməşqi nəzarətə götürməsindən sonra Rusiyaya qaçıb. Bu hadisə, 1963-cü ildən bəri hakimiyyətdə olan BƏƏS Partiyasının rejiminin sonunu gətirib.

Bu hakimiyyət dəyişikliyi, Hayat Təhrir əş-Şam döyüşçülərinin iki həftədən az davam edən sürətli hücumla əsas şəhərləri ələ keçirməsindən sonra baş verib.

Ülkər Vəliyeva
Milli.Az

Seçilən
1
1
milli.az

8Mənbələr