“2025-ci ildə Azərbaycanla Ermənistan arasında sülhlə bağlı perspektivlər güclüdür. Düşünürəm ki, xeyli irəliləyiş əldə olunub və indi yalnız az sayda, lakin əhəmiyyətli məsələlər həll edilməmiş qalıb. Razılaşmaya çatmaq üçün əvvəllər olan məsafə əhəmiyyətli dərəcədə azalıb”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Sent-Endryus Universitetinin professor, britaniyalı politoloq Rik Faun deyib.
Professor gələn il üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ehtimallarını dəyərləndirib:
“Perspektivlər ona görə yüksəkdir ki, həm regional, həm də daha geniş çərçivədə yalnız sülhün deyil, həm də Cənubi Qafqaz regionunun ümumi potensialının açılmasının vacibliyi ilə bağlı anlaşma var. Bu nailiyyət həm regionda, həm də daha geniş çərçivədə bir çoxlarına fayda gətirəcək. Bunun fonunda isə Ukraynada davam edən dəhşətli müharibə dayanır”, - deyə R.Faun deyib.
Müsahibimiz əlavə edib ki, Britaniya iki ölkə arasında sülh üçün vasitəçilikdən məmnun olardı:
“Əgər Azərbaycan və Ermənistan Britaniyanın sülh üçün dəstəyini istəsə, bu zaman Böyük Britaniya sülhə dəstəyini davam etdirəcək. Əgər tərəflər Britaniyanın köməyini istəsələr, mən əminəm ki, Britaniya əlindən gələni edərdi. Britaniya, həmçinin Ermənistan və Azərbaycan arasındakı onilliklərdir davam edən münaqişəni və mövqeləri yaxşı bilən çox savadlı alimlərə və vətəndaş cəmiyyəti nümayəndələrinə malikdir. Bu, böyük bir resursdur.
Mən başa düşürəm ki, tez-tez Azərbaycan Ermənistanla ikitərəfli danışıqlara, üçüncü tərəflərin iştirak etməməsinə üstünlük verir. Əgər həm Ermənistan, həm də Azərbaycan Britaniyanın və ya Britaniyanın daxil olduğu bir qrup ölkənin iştirakının faydasını görsəydi, bu, hər kəs üçün çox yaxşı olardı”, - deyə R.Faun əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta