AZ

Ekspert Dəmir Yolları İdarəsini yıxıb-sürüdü

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Balakən-Bakı marşrutunun bərpası ilə gecə səfərlərinə start verir. Qiymətlərə baxıram. Belə çıxır ki, Biznes-də Balakənə gedib-qayıtmaq, vağzaldan evə getməyi də nəzərə alsaq 200+ manata başa gələcək. Normal və sərfəli görsənmir.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz çıxış edib. O bildirib ki, müəyyən edilmiş qiymətlər yüksəkdir və sərfəli deyil:

“Yataq tipli qatarlar 3 yanvardan etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, 4 yanvardan isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək.

Qiymətlər :

Standart: 22 manat
Standart+: 33 manat
Biznes: 88 manat

Güman ki “Biznes” dedikdə keçmiş SV-ni nəzərdə tutublar. Standart və Standart+ isə müvafiq olaraq əvvəlki Plaskart və Kupe nəzərdə tutulub.

Hələlik təklif olunan servisi yoxlamadan Biznes sinfin qiymətinin hədsiz baha olmasını qeyd etmək olar. Həmçinin Standart+ da daha aşağı ola bilərdi.
Görəsən 88 manata nələr daxildir? Nəyin əsasında belə bir qiymət kalkulyasiya olunub?

Belə çıxır ki Biznes-də Balakənə gedib-qayıtmaq, vağzaldan evə getməyi də nəzərə alsaq 200+ manata başa gələcək. Normal və sərfəli görsənmir.

Bu qiymətlərlə baxanda düşündüm ki, sərnişindaşımada əsas yer tutan Vita-lar elə də narahat olmaya bilərlər.
Xatırladıram ki, Vita-lar “evdən-evə” prinsipi ilə hazırda sərnişinləri 25 manata daşıyırlar”.

Nigar

Seçilən
8
tribunainfo.az

1Mənbələr