AZ

Regional sabitlik qonşuluq münasibətlərində ən vacib faktordur



Ölkə başçısı cənab İlham Əliyev son illərdə dünyanın və Avropanın bir sıra aparıcı informasiya agentlikləri və televiziya kanallarına müsahibələr verib. Müsahibələrdə cənab Prezident ölkəmizin xarici siyasəti, enerji strategiyası, bir çox beynəlxalq təşkilat və xarici dövlətlərlə qurulan, inkişaf etdirilən iqtisadi və digər sahələrdəki əməkdaşlıq əlaqələrinə aydınlıq gətirib, qonşu Ermənistan və onun havadarlarına müsajlar ünvanlayıb. Prezident İlham Əliyev belə müsahibələrdə bir qayda olaraq məsələlərə geniş aspektdən yanaşır. Hər kəsi istər ölkə içində, istər ölkədən xaricdə maraqlandıran suallara açıq-aydın cavab verir.
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 17-də Rusia mediasına verdiyi müsahibədə qeyd etdi ki, Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə 2022-ci il fevralın 22-də imzalanıb. Bütövlükdə dünyada vəziyyət əhəmiyyətli dərəcədə dəyişib, lakin bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib. Belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Buna görə də Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, belə bir sənəd tarixi hadisədir.
Prezident qeyd edib ki, Biz münasibətlərimizin inkişafından məmnunuq, onları yüksək qiymətləndiririk və əminəm ki, bu müsbət dinamika qorunub saxlanılacaq. Əlbəttə, biz iqtisadi-ticari əməkdaşlıq üçün fəal şəkildə yeni sahələr tapmağa davam edirik, ticarət dövriyyəsi artır, bəlkə də bizim istədiyimiz sürətlə deyil, lakin bununla belə, dinamika mövcuddur. Rusiyalıların Azərbaycana səfərləri baxımından da biz COVID-dən əvvəlki səviyyəyə çıxırıq ki, bu da həm siyasi, həm də sırf insani mühitin maksimum müsbət olduğunu göstərir, çünki bu səfərlər və qarşılıqlı səfərlər insanların özlərini rahat hiss etdikləri istiqamətlərdə həyata keçirilir. Son 2-3 il ərzində qarşılıqlı səfərlərin əhəmiyyətli dərəcədə artdığını görürük. Odur ki, biz münasibətlərimizin inkişafından məmnunuq, onları yüksək qiymətləndiririk və əminəm ki, bu müsbət dinamika gələn ildə də saxlanılacaq.
Ölkəmizin xarici siyasətinə toxunan Prezident, həmçinin bildirib ki, xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürütdüyü xarici siyasətində tamamilə müstəqildir. : “Həm də ona görə ki, bu, eyni zamanda həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur”.

Bəhruz Ramazanov,
YAP Qusar rayon təşkilatının məsləhətçisi.



Seçilən
8
aia.az

1Mənbələr