Türkiyədə Minimum aylıq əmək haqqının müəyyən edilməsi üzrə komissiya 2025-ci ildə qüvvədə olacaq minimum əmək haqqını müəyyən edib.
Marja.az xəbər verir ki, qardaş ölkədə 2025-ci il üçün minimum aylıq əmək haqqı 22 min 104 Türkiyə lirəsi (cari məzənnə ilə 1068 manat) müəyyən olunub. Minimum əmək haqqı 2024-cü illə müqayisədə 2025-ci ildə 30% artırılır.
Beləliklə, Türkiyədə 7 milyon nəfər muzdlu işçini və dolayısı ilə bütün cəmiyyəti birbaşa əhatə edən yeni minimum əmək haqqının müəyyən edilməsi prosesi başa çatıb.
Qeyd edək ki, Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib.