Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) nümayəndələrinin və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə meşə ərazilərində bir gündə 21 mindən artıq ağac əkilib.
Bu barədə Publika.az-a ETSN-dən məlumat verilib.
Qeyd edilib ki, ölkə üzrə genişmiqyaslı meşəbərpa tədbirləri keçirilib və hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağac tingləri əkilib.