AZ

Suriyanın yeni hakimiyyətindən İrana XƏBƏRDARLIQ

Suriya müvəqqəti hökumətinin xarici işlər naziri Esaad Həsən Şeybani İranı Suriya xalqının iradəsinə və ərazi bütövlüyünə hörmət etməyə dəvət edib.

Ölkə.Az xəbər verir ki, bu barədə Şeybani X (tvitter) hesabında paylaşım edib.

Şeybani deyib: "İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir. Biz İrana xəbərdarlıq edirik ki, Suriyada xaos yaymaqdan çəkinsin və son bəyanatlarının nəticələrinə görə onların məsuliyyət daşıdığını bəyan edirik". 

Mürtəza
Ölkə.Az

Seçilən
18
1
olke.az

2Mənbələr