AZ

Dəmir yollarında 9 il rəsmi işçi olmur meymun Cek

Cek adlı meymun 1881-1890-cı illər arasında Cənubi Afrika dəmir yollarında işləyib. AzPost xəbər verir ki, o, gündə 20 sent maaş alıb.

Meymun qəza nəticəsində ayaqlarını itirmiş dəmiryolçu Ceyms Vidin həmkarı idi. Ceyms Ceki gündəlik işlərində ona kömək etmək üçün öyrədir və zaman keçdikcə o, nəzarət altında dəmiryol xətlərini dəyişir. Getdikcə Cekin reputasiyası etibarlılığı ilə yüksəlir və o, 9 illik xidmətində heç vaxt səhv etmir.

Cek 1890-cı ildə vəfat edəndə onun kəlləsi dəmir yolu sistemindəki müstəsna xidmətlərini xatırlamaq üçün Cənubi Afrikanın Qrahamstaun şəhərindəki Albany Muzeyində saxlanılır.

Seçilən
7
azpost.info

1Mənbələr