Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Cebheinfo.az" xəbər verir ki, təbrik məktubunda deyilir:
"Möhtərəm cənab Prezident.
Doğum gününüz münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik arzulayıram.
Zati-alinizin müdrik və humanist siyasəti sayəsində Azərbaycan Respublikası beynəlxalq aləmdə ona olan etimadı gündən-günə gücləndirir. Azərbaycanın sabitliyi, firavanlığı, gələcək nəsilləri üçün göstərdiyiniz dəyərli səyləri qürurla və sevinclə izləyirik.
Prezidentimiz Rəcəb Tayyib Ərdoğan ilə birlikdə rəhbərliyinizlə Türkiyə və Azərbaycanın reallaşdırdığı böyük layihələrə və qarşıdakı ideyalara görə hər iki ölkənin xalqları olaraq gələcəklə bağlı ümidli və qürurluyuq.
Hörmətli Prezident, fürsətdən istifadə edərək, Sizi Yeni il münasibətilə də ürəkdən təbrik edir, Can Azərbaycanın qarşıya qoyduğu bütün məqsədlərə və vəzifələrə uğurla çatmasını arzulayır, Zati-alinizə ən dərin hörmət və ehtiramımı bildirirəm".
"Cebheinfo.az"