AZ

ADY bu marşrutun bərpası ilə gecə səfərlərinə start verir

"Azərbayca Dəmir Yolları" (ADY) QSC Bakı-Balakən-Bakı marşrutunun bərpası ilə gecə səfərlərinə start verir.

ADY-dən Fins.az-a bildirilib ki, yataq tipli qatarlar 3 yanvardan etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, 4 yanvardan isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək. Marşrut üzrə Şəki, Zaqatala, Qax və Balakən stansiyaları, eyni zamanda dörd aralıq dayanacaqda da sərnişinlərin düşüb-minməsi təmin ediləcək.

Qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), “ADY Mobile” mobil tətbiqindən, eləcə də 24/7 xidmət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür.

Seçilən
0
41
fins.az

10Mənbələr