AZ

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 9%-ə yaxın artıb

2024-cü ilin yanvar-noyabr aylarında Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,2% artaraq 6 milyard 940,3 milyon manat olub.

Bu barədə “APA-Economics” Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 6643,9 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 95,7 faizini təşkil edib.
Seçilən
2
3
sherg.az

10Mənbələr