Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Xarici İşlər Nazirliyinin bütün avtomobil parkını demək olar ki, ixtisar edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.
Qeyd olunub ki, 15 avtomobildən yalnız xarici işlər naziri Ararat Mirzoyanın xidməti avtomobili saxlanılıb.
Məlumata görə, bu qərar XİN-də böyük narazılığa səbəb olub.