AZ

“Bir neçə gün əvvəl Juninyo ilə söhbət etdim, mənə dedi ki...”

"Qarabağ"ın forvardı Juninyonun “Çaves”də baş məşqçisi olmuş Vitor Kampeluş keçmiş futbolçusunun "Sevilya"ya mümkün transferi ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, “Estadio Deportivo”ya danışan 49 yaşlı mütəxəssis Ağdam klubunun hücumçusunun İspaniyada oynaya biləcək səviyyədə olduğunu deyib:

"Juninyo son dərəcə sürətli və əla hücumçudur. Bu gün o, istənilən Avropa ölkələrində oynaya bilər.

Bəzən futbolçulara bu və ya digər səbəbdən karyeralarında böyük şans çox gec gəlir. 28 yaşında Juninyo daha yetkinləşdi və “Sevilya” azarkeşlərinə böyük sevinc bəxş edə bilər.

Braziliyalının bütün məşqçiləri cəlb edən xüsusiyyətləri var. Hücum edərkən dərindən oynamaqda çox güclüdür.

Bizim yaxın münasibətimiz var. Bir neçə gün əvvəl onunla söhbət etmişik.

Mənə dedi ki, potensialından istifadə etməyi məsləhət bildiyim bir çox müzakirələrimizi hələ də xatırlayır. Paltardəyişmə otağında sakit, adətən pozitiv və yaxşı əhval-ruhiyyədə olurdu".

Portuqaliyalı mütəxəssis hazırda “Aveş” klubunu çalışdırır. O, “Trofense”, “Moreyrense”, “Əl-Tavun”, “Jil-Visente”də işləyib.

2021-2023-cü illərdə isə Juninyonun da oynadığı “Çaveş”də işləyib.

Seçilən
1
1
sportinfo.az

2Mənbələr