AZAL-ın Qroznıya uçan təyyarəsi duman səbəbindən qəbul edilməyib və əvvəlcə Mahaçqalaya, daha sonra isə Aktauya yönləndirilib.
İNFOAZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Qroznı aeroportundan məlumat verilib.
Təyyarə Xəzər dənizi üzərində quş sürüsü ilə toqquşu b və dərhal SOS siqnalı verib. Aktau limanına 3 km qalmış isə qəzaya uğrayıb.
Təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub. Ölənlərin olduğu bildirilir.
Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.