Türkiyə Super Liqasının “Hatayspor” klubunda gözlənilməz ayrılıq yaşanıb.
“Cebheinfo.az” xəbər verir ki, Hatay klubu baş məşqçi Rıza Çalımbay ilə yollarını ayırıb. Onunla qarşılıqlı razılaşma əsasında müqaviləsinə xitam verilib.
Qeyd edək ki, Rıza Çalımbay bu mövsüm “Hatayspor”u meydana çıxardığı 12 rəsmi matçda sadəcə 1 dəfə qələbə qazanıb.
Hatay klubu sözügedən oyunların 5-ində bərabərə qalıb, 6 dəfə məğlub olub. Komanda 9 xalla liqanın 18-ci sırasında yer alır.