Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi Aktau yaxınlığında baş verən təyyarə qəzasına münasibət bildirib.
Milli.Az xəbər verir ki, idarədən verilən ilkin məlumata görə, hadisə nəticəsində sağ qalanlar var.
Aktauda təyyarənin qəzaya uğradığı yerə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin 52 canlı qüvvəsi və 11 texnikası gəlib.
Uçuş zamanı təyyarənin yandığı məlum olub. Xilasetmə qrupları yanğını söndürməyə başlayıb. Hazırda zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir, ilkin məlumatlara görə, sağ qalanlar var.
Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova isə bildirib ki, qəzadan sonra azı 6 nəfər sağ qalıb.