AZ

Neft Fondunun gəlirləri  15 milyard dolları ötüb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik konfransında çıxış edən ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov qurumun  ötən 25 ildə keçdiyi inkişaf yolundan, əldə olunan mühüm uğurlardan və gələcək planlardan söz açıb. 

Bildirib ki, 1999-cu ildə əsası qoyulan fondun hazırkı vəsaitləri 60 milyard ABŞ dollarını keçərək ölkə iqtisadiyyatının, təxminən, 80 faizinə bərabər olub. Bununla yanaşı, qurumun  vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirlər artıq 15 milyard ABŞ dollarını ötüb.

Bu rəqəmlər ARDNF-in uğurlu fəaliyyət modelinə, strateji yanaşmasına və beynəlxalq standartlara əsaslanan risk idarəetmə mexanizminə söykənən investisiya siyasətinə dəlalət edir. Fond təkcə maliyyə nəticələrini yaxşılaşdırmaqla kifayətlənmir, eyni zamanda, Azərbaycanın qlobal iqtisadi müstəvidə mövqeyini möhkəmləndirən layihələrə investisiya qoymaqla  davamlı inkişafa və gələcək nəsillərin mənafeyinə xidmət edən əsas maliyyə dayaqlarından biri kimi çıxış edir.

Qeyd edək ki, ARDNF yaradıldığı gündən bəri həm möhkəm təməlləri, həm də çevik idarəetmə yanaşması ilə ölkənin iqtisadi dayanıqlılığını təmin etməkdə mühüm rol oynayır. Prezident İlham Əliyevin dəstəyi ilə fond bu gün indiki və gələcək nəsillərin mənafeyinə xidmət edən əsas iqtisadi sütunlardan biri kimi fəaliyyətini uğurla davam etdirir.

 

Seçilən
0
13
xalqqazeti.az

10Mənbələr