AZ

MİDA-nın mənzillərinin 70 %-dən çoxu güzəştli ipoteka kreditləri ilə alınıb

Bu günə qədər Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzillərin 70 %-dən çox İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən güzəştli ipoteka kreditləri ilə alınıb.

“İki sahil” xəbər verir ki, bunu Fondun İpoteka kreditləri departamentinin direktoru Rasim Abdullayev qurumun təşkil etdiyi "Yaşayış maliyyəsi və sahibkarlığa dəstək alətləri" adlı seminarda bildirib.

"Fond Agentliyin mənzillərinin satışının dəstəklənməsi üçün 2018-ci ildən etibarən 4 802 şəxsə 233,1 milyon manat, 82 şəxsə isə 3,6 milyon manat adi ipoteka krediti verib", - deyə o qeyd edib.

Bundan başqa, Fond rəsmisi deyib ki, ötən il 147 sayda 14,3 milyon manatlıq, bu il isə 266 sayda 27,5 milyonlıq ipoteka kreditinə dövlət zəmanəti verilib.

Seçilən
6
2
ikisahil.az

3Mənbələr