AZ

ABŞ donanmasına yeni çoxməqsədli nüvə sualtı qayığı verilib

Konnektikut ştatının Qroton şəhərində yerləşən General Dynamics Electric Boat (GDEB) gəmiqayırma zavodunda “Ayova” çoxməqsədli nüvə sualtı qayığın ABŞ Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi mərasimi keçirilib.

Herbiand.az xarici mətbuata istinadən bildirir ki, bu, ABŞ Hərbi Dəniz Qüvvələri üçün tikilmiş 24-cü “Virciniya” sinifli sualtı qayıqdır.

Xatırladaq ki, GDEB Amerika donanmasını həm çoxməqsədli, həm də strateji nüvə sualtı qayıqları ilə təchiz edən proqramların baş podratçısı kimi çıxış edir. Eyni zamanda, sualtı qayıqların tikintisi digər gəmiqayırma şirkəti - Huntington Ingalls Industries ilə əməkdaşlıq çərçivəsində də həyata keçirilir.

“Virciniya” sinifli sualtı qayıqların uzunluğu 115 metrdir. Onlar su altında 34 düyünə qədər sürət yığa bilirlər. Maksimum dalış dərinliyi təxminən 500 metrdir. Ekipaj 14 zabit daxil olmaqla 134 nəfərdən ibarətdir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
5
herbiand.az

1Mənbələr