AZ

Təyyarədəkilərin kimliyi bilindi - 37 Azərbaycan, 16 Rusiya...

Qazaxıstanda qəzaya uğrayan təyyarənin göyərtəsində olan vətəndaşların sayı açıqlanıb.

Titul.az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi bildirib.

Belə ki, qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan və 16 Rusiya vətəndaşı olub.

Qeyd edək ki, "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Seçilən
14
2
titul.az

10Mənbələr